“Fulhem” “Arsenal”dan onu icarəyə götürdü

“Fulhem” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa klubu “Arsenal”dan vinger Reiss Nelsonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı vinger mövsümün sonuna kimi “Fulhem”də çıxış edəcək.

Nelson ötən mövsümdə Premyer Liqada 15 oyunda meydana çıxıb.