Fuenta: “Oyun üçün səbirsizlənirik”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuenta Avro-2024-ün finalında bu gün İngiltərəyə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini söyləyib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçdan gözləntilərini bölüşüb:

“Avropa çempionatının finalı idman və futbol baxımından böyük həyacandır. Buna görə xoşbəxtik. Həyəcanlı olsaq da, sakit qala bilirik. Oyun üçün səbirsizlənirik.

Final qarışıq oyun olacaq. Çünki iki böyük komanda mübarizə aparacaq. Bərabər oyun olacağını düşünürəm. Belə oyunların taleyini kiçik qərarlar, xırda detallar həll edir. Səhv etməyən və ya daha az səhv edən qalib olacaq. Əlimizdən gələni edəcəyik”.

Görüş saat 23:00-da başlayacaq.