Rumıniyanın FCSB klubunun sahibi Cici Bekali Avropa Liqasında “Qarabağ”a qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, funksioner 3:2 hesabıyla bitən oyunun qəhrəmanının kapitanları Adrian Şut olduğunu deyib:
“Şut matçın qəhrəmanıdır, əlbəttə. Hücumçumuz Daniel Birliqea da pis oynamadı. Çox qaçdı, toplar qazandı. Qol vurmasa da, qeyri-adi işlər gördü”.
Bekali “Qarabağ”ın böyük üstünlüklə oynadığını əlavə edib:
“Həyatımda heç görmədiyim kimi dominant oldular, bizi əzdilər. Bizi məhv etdilər. Futbol tarixində belə şey olubmu, bilmirəm. 3 künc zərbəsi və 3 qol. Qalib gəldiyimizə inana bilmirəm”.