Frişmana beynəlxalq təyinat

Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişman avroliqa oyunlarına təyinat alıb.
Futbolpress.az xəbər verir ki, Frişman kişi voleybolçular arasında Qızıl Avropa Liqasının ikinci turunda iştirak edəcək. O, 24-26 may tarixlərində Lüksemburqda baş tutacaq turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Lüksemburq, Ukrayna və Çexiya milli komandalarının mübarizə aparacağı turun hakimləri almaniyalı Mathias Evald, niderlandlı Helena Geldof və lüksemburqlu Carole Hepp olacaq.