Frimponq karyerasını La Liqada davam etdirə bilər

“Bayer”in futbolçusu Ceremi Frimponq karyerasını “Barselona”da davam etdirə bilər.

Futbolpress.az “Sport.es”ə istinadən xəbər verir ki, Kataloniya klubu niderlandlı müdafiəçi üçün rəsmi təklif göndərib.

Mənbə qeyd edib ki, Bundesliqa klubu hələlik təklifə cavab verməyib.

Frimponq bu mövsüm 47 matçda 14 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.