Fransızlarla 9-cu duel

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda Fransanın “Lion” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda sabah baş tutacaq görüşə saat 21:45-də start veriləcək.

“Qarabağ” avrokuboklarda 9-cu dəfə Fransa təmsilçisi ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri bundan öncə “Sent-Etyen”, “Monako”, “Marsel” və “Nant”la qarşılaşıb. “Qarabağ” fransızlara qarşı Bakıda keçirdiyi 4 oyunda 2 heç-heçə edib, 1 qələbə qazanıb, 1 dəfə uduzub. Yeganə qələbə 2022-ci ildə “Nant”la Konfrans Liqası matçında qeydə alınıb.

Bundan öncəki 8 oyunun statistikası isə fransızların xeyrinədir. “Qarabağ” bu ölkə təmsilçilərinə 3 dəfə uduzub, 3 heç-heçə edib.

“Lion” tarixində ilk dəfə Azərbaycan təmsilçisi ilə üz-üzə gələcək. Fransa klubu maliyyə problemləri yaşamasına baxmayaraq, Liqa 1-dəki çıxışı qənaətbəxşdir. Komanda 12 turdan sonra 19 xalla turnir cədvəlində 6-cı sıradadır.

“Qarabağ” bundan əvvəl Bakıda yalnız “Marsel”ə uduzub. “Monako” və “Sent-Etyen”lə heç-heçə edən təmsilçimiz “Nant”a qalib gəlib.

Qarabağ – Sent-Etyen 0:0
Sent-Etyen – Qarabağ 1:1
Monako – Qarabağ 1:0
Qarabağ – Monako 1:1
Marsel – Qarabağ 3:1
Qarabağ – Marsel 0:3
Qarabağ – Nant 3:0
Nant – Qarabağ 2:1

Şahin Cəfərov