Fransız üçün Avropa nəhəngləri hərəkətə keçdi

“Leyptsiq”in mərkəz müdafiəçisi Kastelyo Lukeba Avropa futbolunun nəhənglərinin maraq dairəsindədir.

Futbolpress.az xəbər verir ki, jurnalist Kristian Falkın məlumatına görə “Liverpul” uzun müddətdir fransız futbolçunun inkişafını izləyir və onu Vircil van Daykin mümkün varisi kimi görür. “Real” da (Madrid) yay transfer pəncərəsində imza atma ehtimalını nəzərə alaraq bu yarışa qoşulub. Futbolçunun müqaviləsində iyulun 1-dən qüvvəyə minəcək 90 milyon avroluq sərbəstlik maddəsi var.

Kastelyo Lukebanın “Leyptsiq” ilə əmək müqaviləsi 2029-cu ilin ortalarına qədərdir. “Transfermarkt” 22 yaşlı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.