Fransalı “Yuventus”dan ayrıldı

Fransalı yarımmüdafiəçi Adrian Rabiot “Yuventus”dan ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 29 yaşlı futbolçu klubla başa çatan müqaviləsini uzatmayıb.

Rabiot 2019-cu ildən “qoca sinyora”nın formasını geyinirdi. O, Turin təmsilçisində 212 oyunda 22 qol vurub, 15 məhsuldar ötürmə edib.