Almaniyanın “Bayer” klubu ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, Leverkuzen təmsilçisinin hücumçusu Martin Terrye zədələnib.
Almaniya Bundesliqasının “Borussiya” (Münhenqladbax) ilə oyununda (3:1) sıradan çıxan hücumçu mövsümün qalan hissəsini buraxacaq.
Terrye bu mövsüm Bundesliqada 15 oyunda 2 qol vurub.