Fransalı hücumçu Aleksandr Lyakazett mövsümün sonunda “Lion”dan ayrılacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Paulu Fonseka yerli mətbuata açıqlamasında deyib. 33 yaşlı hücumçunun müqaviləsi yenilənməyəcək və o, azad agent kimi klubu tərk edəcək.
Lyakazett bu mövsüm 41 oyunda 17 qol vurub.