Fransalı futbolçu üçün 60 milyon avro ödəyəcəklər

“Aston Villa”nın futbolçusu Mussa Diabi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, fransalı yarımmüdafiəçi “Əl İttihad”la razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Səudiyyə Ərəbistanı klubu 25 yaşlı futbolçu üçün “Aston Villa”ya 60 milyon avro və əlavə bonuslar ödəyəcək.

Diabi 2023-cü ilin yayından İngiltərə təmsilçisində forma geyinir. O, Premyer Liqada 38 oyunda 6 qol vurub, 8 məhsuldar ötürmə edib.