Fransa millisinin üzvü “Milan” yolunda

“Monako”nun futbolçusu Yussuf Fofana karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, “Milan” futbolçunun transferi ilə bağlı fransızlarla razılığa gəlib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İtaliya klubu 25 yaşlı yarımmüdafiəçi üçün 25 milyon avro ödəyəcək.

Fofana Fransa yığmasının da üzvüdür. O, 2020-ci ildən “Monako”da çıxış edir.