Fransa millisinin AVRO-2024 üçün yekun heyəti

Fransa millisi Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyətini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Didye Deşam qitə çempionatına bu futbolçuları aparacaq:

Qapıçılar: Alfons Areola (“Vest Hem”), Mayk Menyan (“Milan”), Bris Samba (“Lans”).

Müdafiəçilər: Jül Kunde (“Barselona”), Jonatan Kloss (“Marsel”), Benjamin Pavar (“İnter”), İbrahima Konate (“Liverpul”), Vilyam Saliba (“Arsenal”), Dayo Upamekano, (“Bavariya”), Teo Hernandez (“Milan”), Ferlan Mendi (“Real”).

Yarımmüdafiəçilər: Yussuf Fofana (“Monako”), Adrien Rabyo “(Yuventus”), Varren Zaire-Emeri (PSJ), Orelyen Çuameni (“Real”), Antuan Qrizmann (“Atletiko”), Nqolo Kante (“Əl-İttihad”), Eduardo Kamavinqa (“Real”).

Hücumçular: Bredli Barkola, Usman Dembele, Kilian Mbappe, Randal Kolo-Muani (PSJ), Kinqsli Koman (“Bavariya”), Olivye Jiru (“Los-Anceles”), Markus Turam (“İnter”).

Fransa millisi AVRO-2024-də Niderland, Avstriya və Polşa ilə birlikdə D qrupunda mübarizə aparacaq. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək.