Fransa millisində Mbappe şoku

Avro-2024-ün Avstriya ilə oyununda burnu sınan fransalı Kilian Mbappenin son durumu məlum olub.

Futbolpress.az xəbər verir ki, forvard Fransa yığmasının qrup mərhələsindəki növbəti iki oyununu buraxacaq. Bu barədə “Le Fiagro” nəşri məlumat yayıb. 25 yaşlı hücumçu əməliyyat olunacaq və daha sonra maska ilə meydana çıxa biləcək.

Fransa Avstriyanı 1:0 hesabıyla məğlub edib.