Fransa klubunda 31 yaşlı baş məşqçi

Fransanın “Lans” klubunun yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Liqa 1 təmsilçisinin sükanı Uill Stillə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin yayına kimi olan müqavilə imzalanıb.

Uill son olaraq Fransada “Reyms”ə rəhbərlik edib.

“Lans” Liqa 1-də 2023/24 mövsümünü 51 xalla 7-ci sırada bitirib.