Fransanın “Lill” klubu azad agent olan Dele Alli ilə maraqlanır.
Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Fransa təmsilçisi 28 yaşlı oyunçu ilə maraqlanır, ancaq hələ onunla danışıqlara başlamayıb.
“Lill” oyunçu haqda yaxın zamanda qərarını verəcək.
Daha əvvəl “Tottenhem”, “Beşiktaş” kimi klublarda forma geyinən ingilis yarımmüdafiəçinin son ünvanı “Everton” olub. O, klubdan ayrılsa da, burda məşqlərini davam etdirir.