Fransa – İsrail matçına polislər cəlb edildi

Millətlər Liqası çərçivəsində keçiriləcək Fransa – İsrail oyununa 4000 polis xidmətə çağırılıb.

Futbolpress.az xəbər verir ki, həmin polislərin 2500-ü matçın keçiriləcəyi “Fransa” stadionuna, digər 1500-ü isə Paris ətrafındakı strateji nöqtələrə göndəriləcək. Həmçinin görüşdə 1600 mühafizəçi olacaq. Bütün bu ciddi təhlükəsizlik antisemitizmlə mübarizə aparmaq, israilli azarkeşləri və oyunçuları oyun zamanı və oyundan sonra hücumlardan qorumaq üçün həyata keçirilir. Yenə də, “İsrailin Milli Təhlükəsizlik Şurası öz vətəndaşlarına oyuna gəlməməyi tövsiyə edib. Fransa prezidenti Emmanuel Makronun matçda iştirak edəcəyi gözlənilir. Keçmiş prezidentlər Nikola Sarkozi və Fransua Olland da orada olmağı planlaşdırır.

Qeyd edək ki, ötən həftə “Ayaks” – “Makkabi” (Tel-Əviv) (5:0) oyununa gələn israilli azarkeşlər matçdan sonra antisemitizm hücumuna məruz qalıb.