“Formula 2”-nin qalibləri mükafatlandırıldı

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, qalib “Trident” komandasının pilotu Rixard Versxor olub. Ona kuboku gənclər və idman nazirinin müavini Mariana Vasileva təqdim edib.

“Art Grand Prix”dən Viktor Martins ikinci, “Prema Racing”dən Andrea Kimi Antonelli üçüncü yeri tutub.

“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək.