Fonsekanın son şansı

“Milan”ın baş məşqçisi Paulu Fonseka istefaya göndərilə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Klub rəhbərliyi mütəxəssisə üç oyunluq şans verib. Qarşıdakı matçlarda nəticələr qənaətnəxş olmazsa, Fonseka istefaya göndəriləcək.

“Milan” A Seriyasında “Montsa” və “Kalyari”, Çempionlar Liqasında isə “Real”la qarşılaşacaq.