Fonseka “Milan”ın hədəfini açıqladı

“Milan”ın baş məşqçisi Paulo Fonseka yeni mövsümdə hədəflərini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis insayder Nikolo Skiranın sorğusuna cavabında “Hədəfimiz bəllidir – skudettonu qazanmaq” deyib.

Fonseka bu yay komandaya baş məşqçi təyin edilib.

“Milan” ötən mövsümdə A Seriyasını 75 xalla ikinci sırada bitirib.