Almaniya Futbol Federasiyası milli komandanın idman direktoru Rudi Völler ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə Avro-2024-ün sonuna kimi sözəşmə imzalanıb.
Völler 2023-cü ilin fevralından yığmada işləyir.