Flikdən uğurlu start – Qvardioladan daha yaxşı

“Barselona” İspaniya La Liqasının III turunda “Valyekano”nu məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, Hans-Diter Flikin yetirmələri çempionatda ardıcıl üçüncü oyunda qələbə qazanıb. Flik “Barselona” karyerasına klubun sabiq baş məşqçisi Xosep Qvardioladan daha yaxşı start verib.

Qvardiola “Barselona” karyerasında La Liqada ilk mövsümündə 3 oyunda 2 məğlubiyyət, 1 qələbə ilə başlamışdı.

İspan mütəxəssis 2008-2012-ci illərdə “Barselona”ya rəhbərlik edib.