“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Qavi haqda danışıb.
Futbolpress.az xəbər verir ki, almaniyalı mütəxəssis futbolçunun İspaniya millisinin martda keçiriləcək düşərgəsinə dəvət olunmadığına belə şərh verib:
“Bütün futbolçularla danışıram. Qavi ciddi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qaldı və sağalması üçün vaxt lazım idi. O, dünyanın ən yaxşı futbolçularından biridir, yaxşı işlər görür. O, uzun illər “Barselona”da oynayacaq və burada super ulduz olacaq. Daha yaxşı ola bilər və olacaq. Qavi mütləq Dünya Çempionatına gedəcək”.
“Barselona” İspaniya Liqasında növbəti oyununu martın 16-da səfərdə “Atletiko” ilə keçirəcək.