“Barselona”nın baş məşqçisi Hans-Diter Flik əsas qapıçı Mark-Andre ter Ştegenin zədələnməsindən sonra yeni qolkiper axtarışında olduqlarını təsdiqləyib.
Futbolpress.az xəbər verir ki, AS nəşrinə danışan mütəxəssis indiki məqamda “çərçivə”nin İnyaki Penyaya etibar ediləcəyini bildirib:
“Hazırda Penya qapıçımız olacaq. Düzdür, ikinci qapıçı idi və ardıcıl oyunlar çətin ola bilər. Buna baxmayaraq, o, hazırdır. Ona etibar edirik, ancaq nə edəcəyimiz də müzakirə etməliyik. Gənc oyunçularımız var, Penyadan da razıyıq, amma vəziyyəti müzakirə edib, variantlar düşünməliyik”.