“Hayduk”un futbolçusu İvan Perişiç karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Perişiç “Barselona”ya keçməyə yaxındır.
Kataloniyalıların baş məşqçisi Hans-Flik Diter oyunçu ilə əlaqə saxlayaraq, onu “Barselona”ya dəvət edib. 35 yaşlı cinah oyunçusu mütəxəssisə müsbət cavab verib.
Perişiç daha əvvəl “İnter”, Dortmund “Borussiya”sı, “Tottenhem” kimi klublarda forma geyinib.