Flik: “Bu, bizim məqsədimizdir”

“Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flik açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandadakı hədəflərindən söz açıb:

“Mən və komandam azarkeşlərin xoşbəxt olması üçün əlindən gələni edəcək. Çalışacağıq ki, çoxlu titullar qazanaq. Bu, bizim məqsədimizdir. Bizə yaxşı futbol və nəticə lazımdır”.

Flik “Barselona” ilə iki illik müqavilə imzalayıb.