“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın II turunda “Atletik”i məğlub etdikləri görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Valensiyadakı oyundan daha yaxşı oynadıq. Qələbəyə görə şadam. Eyni zamanda yarımmüdafiəçimiz Pedri yaşıl meydanlara qayıtdı. Onun adına sevincliyəm.
Bəzi epizodlarda çox emosional davrandıq. amma ehtirasımız və intensivliyimiz istədiyim kimi idi”.
“Barselona” 2 turdan sonra 6 xalla 2-ci sıradadır.