Fiqu onları favorit görür

Portuqaliyalı keçmiş futbolçu Luiş Fiqu Çempionlar Liqası ilə bağlı təxminlərini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, “Tuttomercato”ya danışan sabiq yarımmüdafiəçi PSJ-ni fərqləndirib:

“Çempionlar Liqasını kim qazanacaq? Düşünürəm ki, PSJ. Onlar əla fiziki formadadır və sabit nəticələr əldə edirlər. Amma dəqiq proqnoz verməyə hazır deyiləm”.

PSJ yarımfinalda “Arsenal”la qarşılaşacaq.