“Fiorentina”da yeni baş məşqçi

“Fiorentina” yeni baş məşqçisinin adını açıqlayıb.

Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu Raffaele Palladinodur.

Mütəxəssislə 2 illik müqavilə imzalanıb. Palladinonun son klubu “Monza” olub.

Onun rəhbərliyi altında komanda A Seriyasında 12-ci olub.