Finalın qəhrəmanı: “Tarix yazdıq”

“Atalanta”nın futbolçusu Ademola Lukman Avropa Liqasının finalında “Bayer”i məğlub etdikləri görüşdən (3:0) sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, görüşdə het-trik edən nigeriyalı yarımmüdafiəçi bunları deyib:

“Həyatımın ən xoş gecələrindən biri idi. Komanda olaraq inanılmaz performans göstərdik. Fantastik nəticə oldu. Qazandığımız üçün şadam. Tarix yazdıq”.

“Atalanta” tarixində ilk dəfə Avropa Liqasını qazanıb.