Finalın ən yaxşı oyunçusu kimdir?

Çempionlar Liqasında “Real” ilə “Borussiya” (Dortmund) arasında keçirilən final oyununun ən yaxşı futbolçusu məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, müdafiəçi Dani Karvahaldır. İspan oyunçu 8,5 xalla finalın ən yaxşısı olub.

“Real” “Borussiya”nı 2:0 hesabıyla məğlub edərək tarixində 15-ci dəfə bu titulu qazanıb.