Filippə vida

Şotlandiyanın “Reyncers” klubunda baş məşqçi Filipp Klemanla yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kleman 2023-cü ilin oktyabrından “Reyncers”ə rəhbərlik edirdi. Komanda çempionatda 27 tur sonra 56 xalla ikinci sıradadır. Şotlandiya təmsilçisi Avropa Liqasının 1/8 final mərhələsində “Fənərbağça” ilə qarşılaşacaq.