“Mançester Yunayted”in keçmiş müdafiəçisi Fil Cons komandanın hücumçusu Markus Reşfordla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, Reşforda yazığı gəldiyini bildirən Cons, onun futboldan həzz almadığını deyib:
“Markusa yazığım gəlir. Bilirəm ki, onun içində futbol oynamağı və klubu sevən o balaca uşaq yaşayır. Onun üçün çətin dövrdü və öhdəsindən gəlmək çətindir. Geriyə baxanda o düşünəcək: “Bunun öhdəsindən daha yaxşı gələ bilərdim”.Onun futboldan həzz almadığı açıq-aydın görünür. O, kənar səs-küyü söndürməli və yenidən futbol oyunundan həzz almağa başlamalıdır”.
“Qırmızı şeytanlar”ın yetirməsi olan və 2016-cı ildən əsas komandanın heyətində çıxış edən Reşford bundan öncə klubdan ayrılmaq istədiyini açıqlamışdı.
Xatırladaq ki, 27 yaşlı ingiltərəli futbolçunun Mançester təmsilçisiylə müqaviləsi 2028-ci ilin yayına qədərdir.