FIFA referisi Danimarkaya gedəcək

FİFA referisi Əli Cəbrayılov növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, futzal üzrə AVRO-2026-nın əsas mərhələsi çərçivəsində fevarlın 1-də keçiriləcək Danimarka – Qazaxıstan matçında 3-cü hakim funksiyasını yerinə yetirəcək.

Birinci və ikinci referilər müvafiq olaraq slovaklar – Rastislav Behancin və Martin Matula olacaq. Hakim-inspektor İqor Baboviç (İsveç), UEFA nümayəndəsi Jyrki Filppudur (Finlandiya).