FIFA prezidenti onlara şad xəbəri verdi

“İnter Mayami” 2025-ci ildə keçiriləcək Klublararası dünya çempionatında iştirak edəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino deyib. O, MLS klubunun yarışda mübarizə aparacağını deyib.

“İnter Mayami” ABŞ çempionatında müntəzəm mövsümü 74 xalla birinci sırada bitirib. Komanda pley-off mərhələsində mübarizə aparacaq.

“İnter Mayami”də “Barselona”nın sabiq futbolçuları Jordi Alba, Lionel Messi, Luis Suares, Serxio Buskets çıxış edir.