FIFA-nın prezidenti Canni İnfantino COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
Futbolpress.az xəbər verir ki, İnfantino burada dostu, AFFA-nın sabiq vitse-prezidenti Elxan Məmmədov və hazırki vitse-prezident Sərxan Hacıyevlə, həmçinin İcraiyyə Komitəsinin üzvü Elşad Nəsirovla görüşüb.