FİFA-nın qərarına etiraz edəcəklər

“Leon” və “Paçuka” FİFA-nın onları 2025-ci ildə klublararası dünya çempionatından kənarlaşdırmaq qərarına etiraz etməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, artıq müvafiq etirazlar CAS arbitraj məhkəməsinə göndərilib. Bu hadisə ilə bağlı dinləmənin mayın 5-də keçiriləcəyi gözlənilir, çünki CAS işi sürətləndirilmiş qaydada qeydə alır.

“Paçuka” və “Leon” “Grupo Pachuca”nın aktivlərinə daxildir.