FIFA-dan İspan klublarına transfer qadağası

“Malyorka” və “Rayo Valyekano” FIFA tərəfindən transfer qadağasına məruz qalıb .

Futbolpress.az xəbər verir ki, daha əvvəl hər iki klubun növbəti üç transfer pəncərəsində – 2026-cı ilə qədər yeni oyunçuları qeydiyyatdan keçirə bilməyəcəyi barədə məlumatlar ortaya çıxıb.

Bildirilir ki, “Rayo Valyekano”nun FIFA-nın cəzasından xəbəri olmayıb, “Mayorka” isə bu qadağanı inzibati xəta kimi izah edib.