FFF bəyanat yaydı

Fransa Futbol Federasiyası hakimə əşya atan azarkeşin hərəkətini pisləyən bəyanat yayıb. 

Futbolpress.az xəbər verir ki, hadisə yerli çempionatın 30-cu həftəsində “Sent-Etyen”in “Lion”u qəbul etdiyi matçda baş verib. Birinci hissənin sonunda azarkeşin yan xətt hakiminə sikkə atması ilə oyun qısa müddətə dayandırılıb.

Federasiyanın açıqlamasında bunlar qeyd edilib:

“Hörmət və diqqətə layiq olan hakimlərin fiziki və əqli bütövlüyünün pozulması qəbuledilməzdir”.

“Sent-Etyen” qarşılaşmada 2:1 hesabı ilə qalib gələrək 27 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. “Lion” 51 xalla altıncı yerdədir.