“Qalatasaray” futbolçusu Derrik Köhnü icarəyə verib.
Futbolpress.az xəbər verir ki, cinah müdafiəçisi 2024/25 mövsümünü “Verder”də keçirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bundesliqa təmsilçisi mövsümün sonunda oyunçunun transfer hüquqlarını ala bilər.
25 yaşlı müdafiəçi 2024-cü ilin fevralından “Qalatasaray”da forma geyinirdi. O, bu mövsüm 4 oyunda meydana çıxıb.