“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson Şotlandiyanın “İnverness” klubuna yardım edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis böyük məbləğdə borcu olan kluba 3,5 milyon avro kömək edib. Bu barədə “Daily Record” nəşri məlumat yayıb.
Klubun keçmiş sədri Alan Saviç borcların ödənilməsi ilə bağlı təcili iclas keçirib. İclasda iştirak edənlərdən bir nəfər Ferqyusona zəng edib və ondan kömək istəyib. Mütəxəssis bundan sonra kluba 3,5 milyon avroluq yardım edəcəyini bildirib.