Noyabrın 8-də, saat 12:00-da AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
Futbolpress.az xəbər verir ki, mətbuat konfransında milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya və noyabrın 19-da səfərdə İsveç yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.