“Sumqayıt” Premyer Liqada 3 turdan sonra 6 xalla 4-cü sıradadır.
“Kimyaçılar”ın futbolçusu Fernando Medeyros “FutbolPress“ə açıqlamasında komandanın çıxışını dəyərləndirdi:
“Düşünürəm ki, nəticələrimiz qənaətbəşxdir. Bu mövqelərdə qalmaq üçün hər oyun xala ehtiyacımız var. Komandada 2, 3 rolu yerinə yetirə biləcək oyunçularımız var və bu, işi asanlaşdırır. Hər gün çox çalışırıq ki, oyunlara tam hazır ola bilək”.
Medeyros Azərbaycan çempionatı ilə bağlı təəssüratlarını bölüşdü:
“Çempionat və komanda ilə bağlı təəssüratlarım çox yaxşıdır. Bizi dəstəkləyən azarkeşlərimiz, keyfiyyətli və hörmətəlayiq rəqiblərimiz var. Lakin “Sumqayıt” istənilən komandaya qalib gələ bilər, buna potensialımız və təcrübəmiz çatır”.
Yarımmüdafiəçi azarkeşlərə də müraciət etdi:
“Oynadığım hər yerdə olduğu kimi, burda da söz verirəm ki, ən yaxşı vəziyyətimdə olmaq üçün hər gün çox çalışacam. Azarkeşlərin gözləntilərini bilirəm, bunu qarşılayacam və bir az zaman lazımdır. Mövsüm uzundur və düşünürəm ki, komanda olaraq məqsədlərimizə çatacağıq”.
Şahin Cəfərov