“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes karyerasını Almaniyada davam etdirə bilər.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Fernandesin xidmətində “Bavariya” maraqlıdır.
Lakin qeyd olunub ki, potuqaliyalı “Mançester Yunayted”də qalmaq istəyir. Onun İngiltərə təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
29 yaşlı futbolçu bu mövsüm 48 oyunda 15 qol vurub, 13 məhsuldar ötürmə ilə yadda qalıb.