Son mövsümü icarə əsasında “Barselona”da keçirən “Atletiko”nun hücumçusu Joao Feliks kataloniyalıların sabiq baş məşqçisi Xavi ilə Madrid klubunun çalışdırıcısı Dieqo Simeone arasındakı fərqdən danışıb.
Futbolpress.az xəbər verir ki, Feliks Xavini tərifləyib:
“Deyərdim ki, Xavi futbolçulara daha yaxındır, onlarla maraqlanır, onda daha çox insanlıq var. Mənə elə gəlir ki, Xavi insanlara yaxınlaşmaqda Simeonedən daha yaxşıdır”.
Feliks geridə qalan mövsümdə 44 oyunda 10 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.