“Atletiko”nun futbolçusu Joao Feliks karyerasını “Çelsi”də davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Zadəganlar” portuqaliyalı hücumçunun keçidində maraqlıdır. London klubu Feliksi “Atletiko”ya keçən Konor Qallaqerə əvəzləyici kimi düşünür.
Ötən mövsümü “Barselona”da icarədə keçirən Feliks 44 oyunda 10 qol vurub.
Portuqaliyalı futbolçu daha əvvəl 2023-cü ilin yanvarından iyuluna kimi “Çelsi”də icarədə olub.