Feliks məyusdur

“Milan”ın futbolçusu Joao Feliks Çempionlar Liqasının pley-off mərhələsində “Feyenoord”la heç-heçə etdikləri cavab oyununu şərh edib.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı hücumçu turnirlə vidalaşmaları haqda bunları deyib:

“Hər şey nəzarətimiz altında idi. İkinci qolu vurmağa çalışdıq, amma alınmadı. Qırmızı vərəqədən sonra da vəziyyət kəskin dəyişdi. Nəticəyə görə məyusuq”.

“Milan” ilk oyunda “Feyenoord”a uduzub – 0:1. Cavab görüşündə heç-heçə qeydə alınıb (1:1) və italyanlar turnirlə vidalaşıb.