“Fehervar”ın baş məşqçisi: “Qələbə qazanmaq istəyirik”

“Fehervar”ın baş məşqçisi Tamaş Peto Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis qələbə qazanmaq istədiklərini söyləyib:

“Qələbə qazanmaq istəyirik. Həqiqətən, sağlam oyun sərgiləyəcəyimizə ümid edirəm. Sabitliyimizə yaradıcılıq da qatmaq istəyirik. Müəyyən planlarımız var və bunun üzərində çalışacağıq.

Son bir neçə həftədəki işimizdən əminən. “Sumqayıt”ın heyətində dəyişikliklər olub və onları təhlil etmək asan olmadı. Keyfiyyətli futbolçuları var. Ev oyunu onların leyhinədir, amma ümid edirəm ki, uzun səfərdən sonra dincəlib, yaxşı oynaya biləcəyik. Oyun günü səhər məşq edəcəyik və matçda mümkün ən yaxşı nəticəni əldə etməyə çalışacağıq”.

“Sumqayıt” – “Fehervar” oyunu saat 20:00-da start götürəcək.