“Fehervar”ın baş məşqçisi: “Çox qol vura bilərdik”

Konfrans Liqasının II təsnifat mərhələsinin “Sumqayıt” – “Fehervar” (Macarıstan) oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Tamaş Peto jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Rahat qələbə olmadı. Oyunçularda yorğunçuluq var idi. Birinci 20 dəqiqəni yaxşı oynaya bilmədik. Daha sonra oyuna ciddi yanaşa bildik və nəticə göz qabağındadır. Qırmızı vərəqədən sonra oyuna necə yanaşmalı olduğumuzu bildik və bunun nəticəsində qələbə qazandıq. Çox qol vura bilərdik. İlk hissədə də qaçırdığımız epizodlar oldu.

– “Sumqayıt”ın azlıqda qalması oyununuza necə təsir etdi?
– Qırmızı vərəqədən sonra çalışdıq ki, rəqibin bizi əks-hücumda yaxalamasına imkan verməyək. Çətinlik çəkdik. “Sumqayıt”ın irəli xəttdəki oyunçuları təhlükəli idi. Diqqətli oynamağa çalışdıq.

– Cütün taleyinin həll olunduğunu düşünmək olar?
– Düşünmürük ki, asan oyun olacaq. “Sumqayıt” yaxşı komandadır, diqqətli olmağa çalışacağıq.