Federasiyanın vitse-prezidenti vəfat etdi

Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) vitse-prezidenti Fərhad Kasimov vəfat edib.

Futbolpress.az xəbər verir ki, o, 61 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Fərhad Kasimov 2017-ci ildən Azərbaycan Qılıncoynatma Federasiyasında vitse-prezident vəzifəsini icra edirdi.